Sürücünün meyitini FHN çıxardı

surucunun-meyitini-fhn-cixardi
Oxunma sayı: 1398

Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Əhmədov Şamil Şiraz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.