Sürücünün üzərində vəsiqə gəzdirmək qaydası dəyişir

surucunun-uzerinde-vesiqe-gezdirmek-qaydasi-deyisir
Oxunma sayı: 6366

Dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən müvafiq maddənin tələbi dəyişir. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. Bildirilir 96.1.1-ci maddədə “sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas” sözləri “nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ” sözləri ilə əvəz edilir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. 

Günel Türksoy