Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. M. Həmidov qeyd edib ki, ötən gün Təcili Tibbi Yardıma çağırışların sayı az olub: “Ağır nəqliyyat hadisələri və xəsarət alan olmayıb. Yasamal, Günəşli, Əhmədli zonalarında maşınların hərəkəti çətinləşib. Belə vəziyyətdə bizim xüsusi maşınlarımız hesabına çağırışlar icra olunub. Adi günlərdə stansiyaya 1800-2000 çağırış olduğu halda, dünən 1522 çağırış olub. Avtonəqliyyat hadisəsi demək olar ki, az olub. Dəm qazından zəhərlənənlərin sayı isə 16 nəfər olub”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər