"Badamdar yolunun sağ yamacında sürüşmə baş verib".
"Qafqazinfo" xəbər verir ki, bunu Badamdar sürüşmə zonasında jurnalistlərə açıqlamasında Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
Onun sözlərinə görə, 20-ci kilometrə gedən yolda baş verən sürüşmə ilə bağlı müşahidələr aparılır:
"Süxur kütləsi yolu keçib və sürüşmə dilinin hündürlüyü 90 santimetrdən çoxdur. Yolu keçən hissə isə restoran istiqamətində dağıntılar baş verib.
Sürüşmə qoruyucu divarların dayanıqlığına zərər verib. Süxurların altından su kütləsi müşahidə edilir. İşıqlı vaxtda daha ətraflı müşahidə aparmaq mümkün olacaq".
Son xəbərlər
Son Xəbərlər