Sürüşmə zonalarında aktivlik artır - Video

surusme-zonalarinda-aktivlik-artir
Oxunma sayı: 1152

Yağıntıların çoxalması sürüşmə zonalarında təhlükə yaradıb.

“Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, Zığ sürüşmə ərazisində aktivlik xeyli artıb. Nəticədə ərazidə yerləşən fərdi evlər və binalarda çatlar əmələ gəlib. Hətta qoruyucu bəndlər belə yarasız vəziyyətə düşüb.

Suraxanı rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, riskin yüksək olduğu fərdi evlərin sakinləri kirayə evlərə köçürülüb. Binalara gəldikdə isə onlarla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılıb və qərar gözlənilir.

Mütəxəssislərin isə sürüşmə zonaları ilə bağlı proqnozları nikbin deyil.

Analoji vəziyyət elə Masazır ərazisində qeydə alınıb. Burdakı sürüşmə sahələrinin dinamikasında da aktivlik müşahidə olunub.