Sürüşmə zonasında içməli və tullantı su şəbəkələri yaradılır - Fotolar

surusme-zonasinda-icmeli-ve-tullanti-su-sebekeleri-yaradilir
Oxunma sayı: 1982

Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, indiyədək əhali tərəfindən primitiv və pərakəndə çəkilmiş xətlər ləğv edilərək mərkəzləşdirilmiş sistemlə əvəzlənir.

Səbail rayonu Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb.

Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Burada kanalizasiya şəbəkəsi mövcud olmadığından tullantı suları əsasən septik qurğulara və şambolara axıdılırdı.

Bütün bunlar nəzərə alınaraq ərazidə içməli su və kanalizasiya şəbəkələrinin tamamilə yenidən qurulmasına qərar verilib. 2019-2020-ci illərdə ərazidə 15 km içməli, 20 km tullantı su xətləri inşa edilib.

Ötən ilin sonlarından etibarən layihənin davamı kimi 1,8 km  içməli su və 2 km tullantı su şəbəkəsinin inşasına başlanılıb. Hazırda 140 ünvana ev birləşməsinin verilməsi işləri davam etdirilir.