Sürüşmə zonasında vəziyyət necədir?

surusme-zonasinda-veziyyet-necedir
Oxunma sayı: 1779

Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

"Qafqazinfo"ya Səbail İH-dən daxil olan məlumata görə, ilk növbədə mütəxəssislər tərəfindən ərazıdə araşdırmalar aparılmış və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər vardır. Onlarım məişət və qidalanma məsələləri həll olunmuş, sığınacaqda həkim postu yaradılıb.

Qərargahdan verilən məlumata görə Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir. Sürüşmə hadısəsı müəyyən dövrdən bir aktivləşır. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki prosseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir. Sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır ki, onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunlar tərəfindən xüsusi araşdırmalardan sonra verilmişdir. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyildir. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir.

Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunların mütəxəssisləri araşdırmalar aparır, qəbul edilən qərarlar və görüləcək işlər barədə əlavə məlumat veriləcəkdir.