Türkiyənin “TV8” telekanalında yayımlanan “Survivor 2016” yarışmasında gözlənilməz hadisə baş verib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Könüllülər" komandasının təmsilçiləri Semihlə Zəfər arasında münaqişə olub.
Nəticədə isə verilişin aparıcısı Acun İlıcalı davanı birinci başlayan Zəfəri Semihə zərər vermək məqsədilə hədələdiyini irəli sürərək onu yarışmadan qovub.
Davanın digər iştirakçısı Semih isə "Könüllülər" komandasından "Məşhurlar"a köçürülüb.
Son xəbərlər
Son Xəbərlər