“Survivor” iştirakçılarının koronavirusdan xəbəri yox imiş - Video

survivor-istirakcilarinin-koronavirusdan-xeberi-yox-imis
Oxunma sayı: 7548

Acun İlıcalı, "Survivor" realiti-şousunda 2 aydır dünyada koronavirusun yayıldığını elan etdikdən sonra iştirakçılar emosional anlar yaşayıb.

"Qafqazinfo" xəbər verir ki, iki aydır xarici dünyadan xəbərsiz qalan iştirakçılar, son zamanlar dünyada baş verən hadisələri təəccüb və heyrət hissi ilə qarşılayıblar. Epidemiya haqqında məlumat verən İlıcalı, iştirakçıların ailələri ilə tez-tez əlaqədə olduqlarını, ailələrində və yaxınlarında heç bir infeksiya aşkarlanmadığını açıqlayıb.

Qeyd edək ki, koronavirusa dünya üzrə 446 min insan yoluxub, onlardan 19,795-i xəstəlik səbəbindən həyatını itirib.