“Survivor”da rəqiblər arasında eşq...

survivorda-reqibler-arasinda-esq
Oxunma sayı: 8765

TV 8-də yayımlanan “Survivor” yarışmasının iki iştirakçısı sevgilidir.  “Qafqazinfo” xəbər verir ki, “Könüllülər” qrupundan olan Nisa Bölükbaşı ilə “Məşhurlar” komandasından yarışan Sercan Yıldırım eşq yaşayır.

Hətta bir müddət bundan əvvəl Sercanın digər iştirakçı Barışla mübahisə etməsinin səbəbinin Nisa olduğu məlum olub. Belə ki, Sercan rəqib qrupdakı xanım iştirakçı ilə münasibətini Barışa deyib, o isə həmin məlumatı “Könüllülər”də hər kəsə söyləyib.

Bu isə S. Yıldırımın xoşuna gəlməyib, hər iki tərəf dava edib. Bundan əlavə, ekranlarda görüntülənən Sercanın qabının üstündəki S və N baş hərfləri iddiaların təsdiqlənməsi ilə nəticələnib.