“Survivor”un reytinqi düşdü

survivorun-reytinqi-dusdu
Oxunma sayı: 4505

TV 8-də yayımlanan “Survivor 2016” yarışmasının son buraxılışın reytinqi layihə rəhbəri Acun Ilıcalının xoşuna gəlməyəcək.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yarışma ATV-də yayımlanan “Kırgın çiçekler” serialına reytinq baxımından məğlub olub.

Son iki gün ərzində baş verən qalmaqallar, Yılmaz Morgülün çıxışları yarışmanı liderlik kürsüsündə saxlaya bilməyib.
Çox danışılan yarışma proqramı AB-də ən çox izlənilən proqram olub, ancaq total nəticələrinə görə ikinci sırada qərarlaşıb.

Qeyd edək ki, TV 8 “Survivor 2016” yarışmasıyla son 5 ilin ən böyük reytinqini əldə etmişdi.

Yarışma başladığı ilk gündən etibarən reytinq cədvəllərində birinci sırada qərarlaşmışdı.