“Survivor”un yeni yayım tarixi açıqlandı

survivorun-yeni-yayim-tarixi-aciqlandi
Oxunma sayı: 4597

TV 8-də yayımlanan məşhur  “Survivor” yarışmasının yayım tarixi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, reytinqli layihə 9 yanvar saat 20: 00-da tamaşaçıların qarşısına çıxacaq.

Yarışda həmişəki kimi “Məşhurlar” və “Könüllülər” adlı iki komanda mübarizə aparacaq.

Hazırlıqları davam edən yarışmanın təfərrüatları bəlli olmasa da, aktyor Cemal Hünalın iştirakı mətbuata açıqlanıb. 

Bundan əlavə, aktrisa Öykü Çelik, “Masterchef”in münsifi Danilo, “Aşk-ı Memnu” serialında Bülent rolu ilə populyarlaşan Batuhan Karacakayanın adı iştirakçılar arasında hallanır.