Surxay Əliyev bəraət istədi

surxay-eliyev-beraet-istedi
Oxunma sayı: 1744

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal"  qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.   

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə S.Əliyevə ifadə vermək təklif edilsə də, o qısa danışıb: “Özümü təqsirli bilmirəm, zərərçəkmişləri də tanımıram. İstintaqa verdiyim ifadəmi təsdiq edirəm. Məhkəmədən barəmdə bəraət hökmü çıxarılmasını istəyirəm”.

S.Əliyev suallara cavab verməkdən imtina edib.

H.Nəcəfli özünü qismən təqsirli bildiyini və ədalətli qərar verilməsini istədiyini deyib.

Murad Əhməd