“Şuşa Bəyannaməsi əlaqələrimizi yeni bir mərhələyə çıxaracaq”

susa-beyannamesi-elaqelerimizi-yeni-bir-merheleye-cixaracaq
Oxunma sayı: 782

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə əlaqələrini yeni bir mərhələyə çıxaracaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

Əzəldən hər iki ölkə arasında çox yaxşı əlaqələrin, dostluq münasibətlərinin olduğunu xatırladan Mustafa Şentop bildirib: “Şuşa Bəyannaməsi bu münasibətləri strateji müttəfiqlik səviyyəsinə gətirdi və bir növ iki ölkə arasında əlaqələr üçün gələcək yol xəritəsi yaratdı”.

O, həmçinin vurğulayıb ki, Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin rəhbərləri arasında üçtərəfli görüşün keçirilməsi Şuşa Bəyannaməsinin həyata keçirilməsinin ilk addımıdır. 

Sədr bildirib ki, sözügedən bəyannamədə parlamentlər arasında əlaqələrə dair maddələr də var.