“Şuşa Bəyannaməsi münasibətlərimizin zirvəsidir”

susa-beyannamesi-munasibetlerimizin-zirvesidir
Oxunma sayı: 951

“Şuşa Bəyannaməsi müəyyən maddələrdən ibarət adi bir sənəd deyil. Bu, eyni zamanda çox mühüm mövqe sənədidir. Bu sənəd həm də bu mövqeni fərqli müstəviyə daşıyan mühüm sənəd kimi qeydə alınıb. Adı üzərindədir: bəyannamə. Bəyannamələr beynəlxalq münasibətlərdə müəyyən siyasi iradənin yazılı formasıdır. Bunun həm Azərbaycanda, həm də bizim siyasi partiyalarımızın ümumi iradəsi ilə qəbul edilməsi çox vacib idi. Burada verilən bəyanatların və irəli sürülən mövqelərin konkret şəkildə həyata keçirilməsi daha çox vacibdir”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Ankarada keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin bərpasının 30-cu ildönümü” adlı konfransda deyib. 

Türkiyə-Azərbaycan arasında ikitərəfli münasibətlərə dair 300-ə yaxın ikitərəfli sazişin bağlandığını qeyd edən Kıran qeyd edib ki, Şuşa bəyannaməsi bu sazişlərin zirvəsidir.

Kıran Ermənistanla münasibətlərin normallaşması kontekstində baş verən hadisələrə diqqət çəkərək bildirib: 
“Ermənistan tərəfinin bölgədə sülhü təşviq edəcək şəkildə yanaşması və Qarabağda atəşkəsin təmin edilməsi və bərqərar olması ilə bağlı öhdəliklərinə əməl etməsi son dərəcə əhəmiyyətli və vacibdir. Biz bunu izləməyə davam edəcəyik”.

Dünən başlayan Türkiyə-Ermənistan birbaşa uçuşlarının bu baxımdan əhəmiyyətli bir mərhələ olduğuna inandıqlarını ifadə edən nazir müavini əlavə edib: 

“Ümid edirik, bölgəmizin sülh coğrafiyasına çevrilməsi üçün bu proseslər uğurla yekunlaşacaq. Təbii ki, bunun yeganə yolu Ermənistanın bölgədə atəşkəsin yaradılması və təmini mövzusunda öhdəliklərinə əməl etməsidir. Biz Türkiyə və Azərbaycan olaraq Azərbaycan olaraq bu prosesdə səmimiyyətimizi və qətiyyətimizi böyük ölçüdə nümayiş etdirmişik. Burada qeyd etmək istərdim ki, bizim bu qətiyyəti təkcə ikitərəfli səviyyədə deyil, həm də qlobal miqyasda nailiyyətə çevirmək üçün hər cür potensialımız var”.