Şuşa Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri belə olacaq - Foto

Şuşa Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri belə olacaq
Oxunma sayı: 2014

Nazirlər Kabineti Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərini təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilib ki, “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi nəzərdə tutulub.

Qərara əsasən, qoruğun mühafizə zonasının sərhədləri müəyyən edilib, ərazidə fəaliyyətin tənzimlənməsinə və qoruq rejiminin tətbiqinə hüquqi zəmin yaranıb.