Şuşa, Kəlbəcər və Laçındakı hava şəraiti açıqlandı

susa-kelbecer-ve-lacindaki-hava-seraiti-aciqlandi
Oxunma sayı: 2261

Şuşa, Kəlbəcər və Laçında qar yağıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev “Qafqazinfo”ya bildirib ki, yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağması davam edəcək, arabir duman olacaq:

“Hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 m/s-dir. Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək”.