Şuşa mövzusunda “qədim erməni” isterikası davam edir

susa-movzusunda-qedim-ermeni-isterikasi-davam-edir
Oxunma sayı: 2214

Avstriya markası “BERG ENERGY”nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələri (https://m.facebook.com/bergenergydrink/) mənfur erməni qonşularımız tərəfindən hücuma məruz qalıb. Buna səbəb Berg Energy-nin Azərbaycan ordusuna maddi və mənəvi dəstəyidir.

Narazılığın əsas qaynağı isə Şuşa şəhərinin girişində Berg Energy tərəfindən Azərbaycan bayrağının rənglərində “Şuşa” yazısının quraşdırılması idi.  Hücumlara və ermənilərin narazılığı və şikayətlərinə baxmayaraq, şirkətin Bakı ofisindən bildiriblər ki, onların Azərbaycanın ərazi bütövlüyü ilə mövqeyi bəllidir və dəyişməz olaraq qalır.

“Bizim fəaliyyətimizdə Azərbaycanın ərazi bütövlüyü hər zaman əsas götürülüb. Berg Energy-nin Azərbaycan ofisi olaraq bununla bağlı baş ofislə anlaşması və qəti razıığı var” – deyə şirkətdən bildirilib.