Şuşa sakini jurnalistləri dovğaya qonaq etdi - Video

susa-sakini-jurnalistleri-dovgaya-qonaq-etdi
Oxunma sayı: 4350

Şuşa sakini bir neçə jurnalisti evinə dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, jurnalist Rauf Arifoğlu feysbuk səhifəsində yazıb:

“Şuşalı Nüşabə xanım bizi yaşadıqları evə dəvət etdi və Şuşa baldırğanından bişirdiyi dovğaya qonaq etdi. Flora Xəlilzadə, Asif Mərzili, Toğrul Allahverdili ilə həyatımızın ən xoş anlarından birini yaşadıq”.

Qeyd edək ki, bu gün Şuşada Milli Mətbuat Günü münasibətilə Beynəlxalq Media Forum keçirilib.