Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi

susa-turk-dunyasinin-medeniyyet-paytaxti-secildi
Oxunma sayı: 2501

Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov tviterdə bildirib.

“Tarixi bir gün: Mədəniyyət incimiz olan Şuşa şəhəri Türk dünyasının 2023-cü il üçün mədəniyyət paytaxtı elan edildi. Gələn il ərzində Şuşanın türk mədəniyyətinin mərkəzi olmasını təntənə ilə qeyd edəcəyik. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm”, - nazir yazıb.