Şuşa və Ağdamla bağlı səfər məhdudiyyəti ləğv olundu

susa-ve-agdamla-bagli-sefer-mehdudiyyeti-legv-olundu
Oxunma sayı: 6069

"İşğaldan azad edilmiş ərazilərə hər kəs istədiyi qədər səfər edə bilər. Artıq hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb". 

Bu barədə “Qafqazinfo”ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərar vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq verilib.  Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Qeyd edək ki, ilkin mərhələdə vətəndaşlara hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti qoyulmuşdu.

Gülnar Əliyeva

Həmçinin oxuyun: “Anamı döyəndən sonra bizi də vururdu, atamı heç vaxt bağışlamayacağıq”