Şuşada abidələrə təhlükə yaradan işlərin dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu təsdiqləndi

susada-abidelere-tehluke-yaradan-islerin-dayandirilmasi-ile-bagli-yazili-gosterislerin-mezmunu-tesdiqlendi
Oxunma sayı: 684

Şuşada abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu təsdiqlənib.

Nazirlər Kabinetindən "Qafqazinfo"ya verilən məlumata görə, qurum tərəfindən qəbul edilmiş bu Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq, həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-cil 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Qərar Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini müəyyən edir.

Bununla da Şuşa şəhərinin hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin tətbiqinə zəmin yaradılmış olur.