Şuşada erməni ailəsinin 3 üzvü qazdan öldü

susada-ermeni-ailesinin-3-uzvu-qazdan-oldu
Oxunma sayı: 757

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, hadisə Şuşa şəhərində baş verib. 

Məlumata görə, evdə olan 4 nəfərdən 3-ü ölüb. Onlar 1986-cı il təvəllüdlü S.M, 1990-cı ild təvəllüdlü A.A və övladları 5 yaşlı J.M-dir. 

Ailənin yalnız 7 yaşlı oğlu sağ qalıb. Xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Aysel Kərimova