Şuşada “Kalaşnikov”la skripka ifası... - Foto

Şuşada “Kalaşnikov”la skripka ifası...
Oxunma sayı: 2999

“Şuşa 1992-ci il. Şuşadakı son jurnalist idim və ağır hərbi texnika və Rusiyanın köməyi ilə ermənilərin mühasirəyə aldığı şəhəri işğaldan bir az əvvəl tərk etməli idim”.

“Qafqazinfo” xəbər verir ki, bunu sosial şəbəkə hesabında Şuşanın işğalından bir neçə gün əvvəl çəkdiyi şəkli paylaşan “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati yazıb.

Onun sözlərinə görə, Birinci Qarabağ Müharibəsini işıqlandırdıqdan sonra başa düşüb ki, Azərbaycanın peşəkar ordusu yox idi, döyüşçülərin çoxu könüllülər və ya polislər idi:

“Mülki vətəndaşlar Qarabağı qorumaq üçün birləşmişdilər. Vəziyyət çox gərgin idi. İtkilər çox olsa da, öz daimi işlərini tərk edən və Azərbaycanın hər yerindən gəlmiş müdafiəçilərin ruh yüksəkliyi məni heyrətləndirirdi.

Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Skripka atəş nəticəsində məhv oldu, lakin yayı qaldı və həmin skripkaçı öz “Kalaşnikov”undan istifadə edərək, bəzi musiqilər ifa etdi.

Azərbaycanlılar çox yaxşı musiqiçidirlər. Mən Parisə qayıtdım və Qarabağda çəkdiyim şəkillərimi azərbaycanlıların davam etməkdə olan faciəsinə, bir milyon qaçqının mövcudluğuna, minlərlə mülki şəxsin qətlə yetirilməsinə göz yuman media üçün gətirdim”.