Şuşada tikintiyə dair tələblər sərtləşdirilir

susada-tikintiye-dair-telebler-sertlesdirilir
Oxunma sayı: 2213

Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətinə dair tələblər sərtləşdirilir.

“Qafqazinfo” xəbər verir ki, yeni qaydalar parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, artıq bu tələb tək arxeoloji deyil, bütün abidələrə şamil ediləcək. Başqa sözlə, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul ediləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.

Eldar Tanrıverdi