Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı davam edir.
Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib.
Xəbəri rus dilində oxuyun: Kулинарный фестиваль в Шуше - Видео
Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edirlər.
“Qafqazinfo”nun Şuşaya ezam olunmuş əməkdaşlarının festivaldan hazırladığı rəngarəng videoreportajı təqdim edirik:
Qeyd edək ki, festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edilir.
Festival mayın 8-dək davam edəcək.
Hüseyn Məmmədsalahov
Video: Pərvin Zeynal
Son xəbərlər
Son Xəbərlər