Şuşanın girişində latın hərfləri ilə ŞUŞA adı belə quraşdırıldı - Video

susanin-girisinde-latin-herfleri-ile-susa-adi-bele-qurasdirildi
Oxunma sayı: 4956

Azərbaycanın şanlı və müzəffər ordusu Şuşa şəhərini işğaldan azad etdikdən sonra tarixi adı bərpa edərək şəhərin girişində müvəqqəti konstruksiya ilə qeyd etmişdi.

“Berg Energy” komandası bu müvəqqəti konstruksiyanı yeniləyərək ŞUŞA adını bayrağımızın rənglərində yenidən hazırlatdırıb və şəhərin əsas girişində əsgərlərimizlə birlikdə quraşdırıb. Bu prosesi və himnimizin səsləndirilməsini Xankəndinə gedən yolda sülhməramlı missiyanı yerinə yetirən rus əsgərləri də izləyib.

Şuşa adının latın hərfləri ilə asılma anının videosunu təqdim edirik: