Şuşanın ilk qarı - Video

susanin-ilk-qari
Oxunma sayı: 2974

Bu gün Şuşa şəhərinə ilk qar yağıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov sosial şəbəkədə video paylaşıb. 

O qeyd edib ki, şəhərdə bu gün səhərdən etibarən mövsümün ilk qarı müşahidə olunur: “Elə bil nağıllar aləmindəsən. Bu hissləri çatdırmaq çox çətindir. Uşaqlıqda bizə danışılan nağılları xatırladır”.

Həmin görüntüləri təqdim edirik: