Susuz işləyən paltaryuyan hazırlandı

susuz-isleyen-paltaryuyan-hazirlandi
Oxunma sayı: 1609


Arayya və Vuksanovik bu ideyanı müasir dünyanın şirin su çatışmazlığı və ekoloji problemlərinin həllinə özünəməxsus töhfə hesab edirlər. Az da olsa, su işlədən quru təmizləmə qurğularından fərqli olaraq, “Nimbus” adlı paltaryuyan maşın tam susuz rejimdə işləyir. Bundan başqa o, adi paltaryuyan maşından xeyli az elektrik enerjisi sərf edir. Belə təmizləmədən sonra paltarı nə qurutmağa, nə də ütüləməyə ehtiyac qalır.

Gənc mütəxəssislər istehsal dizaynı sahəsində yüksək qiymət alıb və artıq öz ixtiralarını patentləşdiriblər.