Suvarma İdarəsinin kabellərini oğurladılar

suvarma-idaresinin-kabellerini-ogurladilar
Oxunma sayı: 1568

Ağdam rayonunda Mexaniki Suvarma İdarəsinin balansında olan supartezan quyularına məxsus elektrik kabellərini oğurlayan şəxslər yaxalanıb.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu barədə Ağdam rayon Polis şöbəsinin müstəntiqi Orxan İsmayılov məlumat verib.

Onun sözlərinə görə, dəstə polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçib.

İstintaq müəyyən edib ki, Əzizov Səyyad Kamran oğlu yaxın qohumu və dostu İsmayılov Amid Hümbət oğlu ilə qabaqcadan əlbir olaraq rayonun Eyvazlı , Üçoğlan, İmamqulubəyli və Kəlbahhüseynli kəndlərində 6 ədəd supartezan quyusunun güc kabellərini gizli yolla oğurlayıblar. İdarəyə ümumilikdə 455 manat məbləğində ziyan dəyib.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət işi açılıb.