Şüvəlandakı yanğın söndürüldü - Yenilənib

suvelandaki-yangin-sonduruldu
Oxunma sayı: 2115

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantıları yanır.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, təqribən 700 m² sahədə məişət tullantıları yanıb.