Şüvəlanda sanitar qaydaları pozan şəxs 3 min manat cərimələndi

suvelanda-sanitar-qaydalari-pozan-sexs-3-min-manat-cerimelendi
Oxunma sayı: 975

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə sentyabrın 18-də paytaxtın Xəzər rayonu ərazisində reyd keçirib. 

"Qafqazinfo" xəbər verir ki, keçirilən reyd zamanı Şüvəlan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbənin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini A.Ağabəyov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.