“Qafqazinfo”nun məlumatına görə, Dövlət Gömrük Komitəsindən AzərTAc-a bildiriblər ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib. Bu zaman K.Ziyadxanova məxsus çamadandan gömrük nəzarətinə təqdim olunmayan, metaldan hazırlanan və ümumu uzunluğu təxminən 290 millimetr, “beşbarmağ”a oxşar, dəstəyində “U.S.1918” hərf və rəqəm işarələri həkk olunan 1 ədəd bıçaq aşkar edilib.
İlkin araşdırma zamanı K.Ziyadxanov izahatında bıçağı San-Marinodan suvenir kimi 20 avroya aldığını, lakin qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirdiyini söyləyib.
Ədliyyə Nazirliyi Мəhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, həmin əşya zavod üsulu ilə istehsal edilib, iki tərəfi kəsici, ucu deşici və əzici-vurucu xassələrə malik kastet-xəncərdir və soyuq silah hesab edilir.
Son xəbərlər
Son Xəbərlər