Suxarı məktəbliləri zəhərlədi

suxari-mekteblileri-zeherledi
Oxunma sayı: 1305


“Qafqazinfo”  Kəpəz TV-yə istinadən məlumat verir ki, zərərçəkənlərin valideynlərinin sözlərin görə, 7 uşaq məktəbdə suxarı yedikdən sonra onlarda ürəkbulanma, qusma halları baş verib. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib.

Onlardan ikisinə - 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadəyə vəziyyətləri daha ağır olduğu üçün sistem köçürülüb.

Xəstəxananın həkimi Aybəniz Dəmirovanın sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır.