Çinin cənub və şərq rayonlarında daşqınlar səbəbindən 25000-dən çox insan təhlükəsiz əraziyə təxliyə edilib.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, aramsız yağan yağışlar səbəbindən məcralarından çıxan çaylar 7 əyalətdə minlərlə evi dağıdıb və yolları yuyub aparıb.
Daşqınlar səbəbindən burada ümumilikdə 1,5 milyondan çox insan zərər çəkib. On minlərlə hektar əkin sahəsi suyun altında qalıb.
Son xəbərlər
Son Xəbərlər