Suya tullanma yarışlarında böyük rəqabət

suya-tullanma-yarislarinda-boyuk-reqabet
Oxunma sayı: 1297


"Qafqazinfo" baku2015.com-a istinadən xəbər verir ki, ismarıc kifayət qədər sadədir. Çərşənbə axşamı Rusiya sinxron üzgüçülük yarışlarında bütün rəqiblərini fəth edib. Bundan sonra onlar özlərinin gənc dalğıc yoldaşlarının platforma və tramplində dörd qızıl medal qazanacaqlarını planlaşdırırlar: “Bəli, mən eyni nəticə göstərəcəyimizə ümid edirəm. İnanıram ki,İlya Molçanovla birgə 3 metrlik sinxron tramplində yarışacaqları zaman daha yaxşı nəticə göstərə biıləcəyik”- deyir Nikita Nikolayev

Gənclər arasında dünya çempionatının gümüş mükafatçısı 15 yaşlı Nikolayevin dostu - 18 yaşlı İlya Molçanov da onunla eyni saç düzümündədir. Onlar yeniyetmələr arasında sinxron tramplində Rusiyanın qızıl medal qazanacağının qaçılmaz olduğunu hesab edirlər.

Yeri gəlmişkən, britaniyalılar da öz komandalarının gücünə əmindirlər. “Yarışa güclü medal perspektivi olan çoxlu idmançı qatılır. Buna baxmayaraq, biz bir neçə medal qazanacağımıza əminik”, -deyə onların məşqçisi Tom Ovens söyləyib: “uya tullanma proqnozlaşdırılmayan oyun növüdür və istənilən hadisə hər an baş verə bilər”-Tom Ovens

Britaniya komandasının platforma üslubunda dueti - 2014-cü il Dünya Seriyasının ikiqat bürünc mükafatçısı Matti Li və Matyu Diksondon ibarətdir. 

Məşqçi Ovensə görə, tramplindən suya tullanmada Drezdendə keçirilən beynəlxalq yarışların ikiqat gümüş medalçısı Cordan Houlden (GBR) və Skotsman Ceymz Hitli (GBR) daha güclü iştirak edəcəklər.

Lakin rusiyalı məşqçi Marina Nikolayeva həmin yarışda gənclər arasında dünya finalçısı 17 yaşlı Nikita Şleyxerin (RUS) qalib olacağını proqnozlaşdırır.

Dördgünlük proqramın ən nəhəng ulduzlarından biri keçən il Penzada keçirilən 1 metrlik tramplin yarışlarında qalib çıxan 16 yaşlı istedadlı Andreas Larsen (DEN) olmalıdır. 

Yarışın ən gənc iştirakçısı 13 yaşlı Nikita Krivopişindir.