Svanadzenin qələbə şərhi -

svanadzenin-qelebe-serhi-
Oxunma sayı: 725


"Qafqazinfo" xәbәr verir ki, turun son oyununda "İnter" "Neftçi"ni qәbul edib vә 1:0 hesablı qәlәbә qazanıb. Oyundan sonra “İnter”in baş mәşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb:

“Öncә onu deyim ki, oyuna nәzarәt elәmәyi bacardıq. Sadәcә matçın sonlarında nәzarәti itirdik. Onu da qeyd edim ki, komanda tәlim-mәşq toplanışı keçmәyib. Bu, özünü göstәrir. Bizim 4 futbolçumuz zәdәli idi. Bu gün zәdәlәnәn futbolçumuz olmadı. Komandamız fiziki baxımdan yorulur. Qarşıda 3 hәftәlik fasilә olacaq. Biz bu fasilәdәn istifadә edib komandanın hazırlığını düzәltmәyә çalışacağıq”.

Gürcü mütәxәssis Gürcüstan millisinin kömәkçi mәşqçisi Georgi Çıxradzenin dә oyunu izlәmәsindәn xәbәrsiz olduğunu bildirib: “Doğrudan, Çixradze burda idi? Bundan xәbәrim yoxdur”.

Svanadze “Neftçi”nin sabiq futbolçularının keçmiş komandalarına qarşı daha istәkli olmasına isә belә münasibәt bildirib: “Bәli, onlar yaxşı oynadılar. Xüsusilә Denis Silva”.

Elsevər

“Qafqazinfo”