Şvartseneqqer qəza keçirdi

svartseneqqer-qeza-kecirdi
Oxunma sayı: 2726

Hollivud aktyoru, Kaliforniyanın eks-qubernatoru Arnold Şvartseneqqer Los-Ancelesdə qəzaya düşüb.

Bu barədə “Qafqazinfo” xairic KİV-ə istinadən xəbər verir.

Məlumata görə, aşağı sürətlə hərəkət edən aktyorun avtomobilinin qarşısına velosipedçi xanım çıxıb. Qəza nəticəsində sonuncu yüngül xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.

Hadisədən sonra Şvartseneqqer zərəçəkmişin velosipedini təmirə aparıb.