Şvartseneqqer Rusiyada universitetin fəxri professoru oldu

svartseneqqer-rusiyada-universitetin-fexri-professoru-oldu
Oxunma sayı: 863

Amerikalı aktyor, sahibkar və siyasətçi Arnold Şvartseneqqer Rusiyanın “Sinerqiya” universitetinin fəxri professoru adına layiq görülüb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Moskva 24” saytı ali təhsil müəssisəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

“Şvartseneqqer bir çox insanlar üçün müəllimdir – kiminçünsə aktyor peşəsində, kiminçünsə dövlət qulluqçusu peşəsində, kiminçünsə sağlam həyat obrazı sürməkdə”,  - rektor Artyom Vasilyev deyib.

Qeyd edək ki, A. Şvartseneqqer Viskonsin Universitetinin məzunudur. O, biznes və beynəlxalq iqtisadiyyat sahəsində mütəxəssisdir. 2003-2011-ci illərdə Kaliforniyanın qubernatoru olub. 2012-ci ildə Cənubi Kaliforniya Universtitetinin nəzdində Şvartseneqqerin dövlət və qlobal siyasət İnstitutunu yaradıb.