Şvartseneqqerin özündən geri qalmayan oğlu - Fotolar

Şvartseneqqerin özündən geri qalmayan oğlu
Oxunma sayı: 4475

Hollivud ulduzu və Kalifroniyanın keçmiş qubernatoru Arnold Şvartseneqqerin oğlu Jozef Baena sosial şəbəkədə gündəmə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, atasının keçmiş görünüşünü xatırladan əzələli fotolarını paylaşan Jozef minlərlə “like” və “comment” alıb. İzləyicilərin əksəriyyəti onu Şvartseneqqerin gəncliyi adlandırıb.

Qeyd edək ki, Jozef Şvartseneqqerin evində qulluqçu işləyən Mildred Baena ilə qeyri-rəsmi münasibətindən doğulub. Hətta vaxtilə bunu öyrənən Maria Şriver Arnoldla 25 illik münasibətinə son qoyub boşanmaq qərarına gəlmişdi. Mildred açıqlamalarının birində “Şriverə həqiqəti deyəndə məni qcaqladı və birlikdə ağladıq” söyləyib.

Şvartseneqqerin atası olduğunu 13 yaşında öyrənən Jozef buna soyuqqanlı yanaşaraq “lap yaxşı” cavabını verməklə kifayətlənib.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi