Şvartsneger istəyinə çatdı- - Mileylə münasibətə son +Fotolar

svartsneger-isteyine-catdi-
Oxunma sayı: 10788


“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb. Verilən məlumata görə, 22 yaşlı müğənni 21 yaşlı Patricklə 5  aylıq sevgili həyatına son qoyub. Ayrılıqdan sonra cütlük dost olaraq qalıblar. Miley yeni mahnılar yazdırmaqla, Patrick isə Coachella festivalında dostları ilə birgə vaxt keçirməklə məşğuldur. 

Miley və Patrick cütlüyü sonuncu dəfə mart ayında Los- Angelesdakı bir restoranda görüntülənib. 

Qeyd edək ki, Patrickin atası, aktyor aktyor Arnold Schwarzenegger bu münasibətə qarşı çıxmış, oğlunu sərvətindən mərhum edəcəyi ilə hədələmişdi.