Syaobo öldü...

syaobo-oldu
Oxunma sayı: 645

Sülh üzrə Nobel mükafatı laureatçısı, hüquq müdafiəçisi Lyu Syaobo vəfat edib. 

“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, o, Şenyan şəhər xəstəxanasında keçinib. Ölümün səbəbi kimi qaraciyər xərçəngi göstərilir.

O, dissident və dövlət sistemini zəiflətmək iddiası ilə müxtəlif vaxtlarda həbs olunub. Sonuncu dəfə 2008-ci ildə 11 illik cəza alıb. Syaobo ömrünün sonuna yaxın xəstəliyi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilmişdi.