“Synergy Baku”nun üzvü çempiondur- - Fotolar

synergy-bakunun-uzvu-cempiondur-
Oxunma sayı: 749


Federasiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, velosiped idmanının şose növü üzrə keçirilən yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı mübarizə aparır.

Ölkə çempionatının iştirakçıları arasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun 4 üzvü – Aqşin İsmayılov, Samir Cəbrayılov, Məhəmməd Ələkbərov və Maksim Averin də iştirak edir. Yeri gəlmişkən, Azərbaycan velosiped məktəbinin layiqli yetirməsi, 1978-ci il Dünya Veloyürüşünün qalibi, 6 qat SSRİ çempionu Aleksandr Averinin oğlu Maksim Averin bu ildən etibarən Azərbaycan yığma komandasının şərəfini qoruyur və o debüt etdiyi ölkə çempionatında çempionluq sevinci yaşayıb.

Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Elvin Nağıyevlə tandem təşkil edən Maksim Averin Elit və U-23 yaş qrupunda 40 km məsafəni hamıdan tez başa vurmaqla ən yüksək göstəriciyə imza atıb – 1 saat, 24 saniyə. 2-ci yeri tutan Samir Cəbrayılov – Məhəmməd Ələkbərov dueti çempion cütlüyə 1 dəqiqə, 4 saniyə uduzub.

Ölkə çempionatının 2-ci günündə qrup ötüşmələri üzrə qaliblər məlum olacaq.