Tacikistan hökumətinin prezident Emomali Rahmon tərəfindən imzalanan qərarına əsasən, ölkədə qalmış son rus mənşəli adaya malik Çkalovsk şəhərinin adı dəyişdirilərək Buston olub.
“Qafqazinfo”nun məlumatına görə, virtualaz.org Tacikistanın "Xovar" dövlət agentliyinə istinadən xəbər verir ki, Soqdi (keçmiş Leninabad) vilayətinin iri sənaye və mədəni mərkəzi sayılan Çkalovsk ölkə ərazisində qalan rus mənşəli adaya malik son yaşayış məntəqəsi idi.
Bundan başqa, Kayrakkum su anbarının adı dəyişdirilərək Bahri Tocik (Tacik dənizi) olub.
Son xəbərlər
Son Xəbərlər