Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda iştirak etmək üçün Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, hökumətlərarası komissiyanın həmsədri Zavkizoda Zavki Aminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
ETSN-də keçirilən iclasda Azərbaycanla Tacikistan arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi, iki ölkənin beynəlxalq platformalarda səmərəli əməkdaşlıq apardığı bildirilib. Müxtəlif sahələrdə işgüzar əlaqələrin daha da genişləndirilməsi perspektivləri, o cümlədən iqtisadiyyat, sənaye və ticarət, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdən sonra Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının protokolu imzalanıb.



Son xəbərlər
Son Xəbərlər