Tacikistan Əfqanıstana hava hücumu etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tacikistan tərəfi yayılan məlumatları təkzib edib. Müdafiə nazirliyinin adı açıqlanmayan mənbəsi bildirib ki, başqa ölkənin ərazisinə havadan hücum etməyə haqları yoxdur: “Hətta ehtiyac yaransa belə, əvvəlcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çağırılır. Daha sonra hərbi idarələrin uzun məsləhətləşmələrindən sonra belə bir qərar qəbul edilə bilər".
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. Təşkilata Belarus, Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər