Tacikistan prezidentinin bacısı da dünyasını dəyişdi

Tacikistan prezidentinin bacısı da dünyasını dəyişdi
Oxunma sayı: 2847

Tacikistan Prezidenti Emomoli Rahmonun 64 yaşlı bacısı Kurbonbi Rahmonova koronavirusdan dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb. K.Rahmonova bir müddətdir Düşənbədəki xəstəxanaların birində müalicə olunurdu. O, Danqarada dəfn olunacaq.

Xatırladaq ki, iyulun 5-də Emomoli Rahmonun qayınanası - 88 yaşlı Uzbekbi Asadulloyeva da koronavirusdan dünyasını dəyişib.