Tacikistan-Qırğızıstan sərhədində yerli sakinlər arasında növbəti münaqişə baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, insident nəticəsində dörd takicistanlı yüngül xəsarət alıb.
Həmçinin üç avtomobilə ziyan dəyib.
Hazırda vəziyyət stabilləşdirilib, araşdırma aparılır.
Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədi 980 km-ə yaxındır. Sovet İttifaqı dağıldıqdan sonra iki ölkə sərhədində onlarla mübahisəli yer var.
Son xəbərlər
Son Xəbərlər