Tacikistanda 6,8 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Murqaba yaşayış məntəqəsindən 66 kilometr cənub-qərbdə yerləşib. Sözügedən məntəqədə isə 10,8 min insan yaşayır.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki məlumat verilməyib.
Zəlzələdən sonra 3 afterşok qeydə alınıb.
Çinin Seysmoloji Mərkəzinin məlumatına görə isə, ölkənin Tacikistanla sərhəd ərazisində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsi yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.
Son xəbərlər
Son Xəbərlər