Tacikistanda ilk koronavirusa yoluxma faktı aşkarlandı

tacikistanda-ilk-koronavirusa-yoluxma-fakti-askarlandi
Oxunma sayı: 1447

Tacikistanda 15 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tacikistanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, yoluxma faktlarının 5-i paytaxt Düşənbədə, 10-u isə Xocənd şəhərində qeydə alınıb.

Digər tərəfdən Baş Nazir Kahir Rəsulzadənin sədrliyi ilə keçirilən Koronavirus Profilaktika Mərkəzinin toplantısında qəbul edilən qərarla ölkədəki bütün vətəndaşlardan qoruyucu maskalar taxmaq tələb edilib. 

Həmçinin, ölkədə 4 may tarixindən etibarən bütün universitet tələbələri üçün tətil elan edilib.

Qeyd edək ki, Tacikistanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi aprelin 6-da Xocənddə 4 nəfərin, Düşənbədə isə 11 nəfərin sətəlcəm səbəbindən həyatını itirdiyini açıqlamışdı.